Tarif Şurasının bahalaşma qərarına sosial şəbəkələrdə müxtəlif təpkilər var cəmiyyətin müxtəlif təbəqəli insanları dərman, işıq və qazın bahalaşmasına etiraz püskürüb.
İqtisadçı ekspert Natiq Cəfərli: “Əgər siz ayda qaz üçün 12,5 manatdan artıq pul ödəyirsinizsə, deməli yanvarın 1-dən sonra ikiqat ödəyəcəksiniz. Əgər siz ayda 17,5 manatdan çox işıq pulu verirsinizsə, deməli yanvarın 1-dən sonra idi ödədiyiniz məbləğdən 55% daha çox ödəniş edəcəksiniz.
Yəni, bu gün hər ay qaza 13 manat, işığa 18 manat – cəmi 31 manat ödəyən ailə, gələn ildən qaza 26 manat, işığa 28 manat – cəmi 54 manat ödəyəcək.
Sadə hesablama qaydası belədir. Hə, onu deyim ki, hər sahədə 90-lara dönürük, indidə yenidən “şotçiki” geri fırlatma dövrü başlayacaq. Xalqımız kreativdir, çarəsini tapacaq”.
İqtisadçı Rövşən Ağayev: “Qaz və elektrik enerjisi tariflərinin kəskin artımı ölkədə sosial böhranı dərinləşdirəcək. eft gəlirlərinin azalması fonunda iqtisadi böhran bir tərəfdən gəlirərin və iş yerlərinin itirilməsinə səbəb olur, o biri tərəfdən hökumətin əhalinin sürətlə yoxsullaşmasının qarşını ala biləcək sosial siyasəti mövcud deyil.Hökumət hətta nəhəng sərmayələr hesabına ayaqda saxlaya bilmədiyi, keyfiyyətli xidmətin elementar nümunələrini yarada bilmədiyi kommunal sektoru (qaz, elektrik, su, məişət tullantılarının daşınması, isitmə) məmur monopoliyasından çıxarıb konsessiya müqavilələri əsasında, şəffaf tenderlər vasitəsilə özəl sektora ötürməyə tələsmir.