Azərbaycanda rüsvayçılıqlar bitmir. Hər gün yeni bir rəzalətin, yeni bir saxtakarlığın, yeni bir acgözlüyün şahidi oluruq. İndi də xəbər yayılıb ki, İmişlidə 9-cu sinif şagirdinin sayəsində kimlərsə pul qazanmaq həvəsinə düşüb.
Bu barədə Sahilə Aslanova adlı “facebook” istifadəçisi öz səhifəsində yazıb: “Hörmətli vəkillər ! Köməyinizə ehtiyac var. İmişli rayonunda bir məktəb direktoru MSK-nın seçkilərə çağırış plakatını cırdığına görə 9-cu sinif şagirdini polisə verib. Polis hazırda həmin şagirdin cinayət məsuliyyətinə cəlb olunduğunu deyir və valideyndən “cinayətin üstünün örtülməsi üçün” 1000 AZN istəyir. Deyin görək bu nə qədər qanunidir? Ümumiyyətlə qanunidirmi?”