642 bal toplayan 4300 təhsil haqqına görə oxuya bilməyəcək

Bu barədı xəbəri jurnalist Sevinc Osmanqızı FB səhifəsində paylaşıb:

“Cəbhə bölgəsində yaşayan bir ailə ilə danışıram. Qızı yüksək göstərici ilə – 642 balla BDU-nun hüquq fakültəsinə qəbul olunub, amma oxuya bilməyəcək, çünki ödənişliyə düşüb. Ailənin 4300AZN təhsil haqqı, üstəgəl qalma xərclərini ödəməyə pulu yoxdur.загружено

Təhsilimizin bu günü. 24653 tələbə və ya ali məktəblərə qəbul olunanların 70%-i bu gün çörəklə sınağa çəkilir. Onların bir qismi imkanı olmadığından ali təhsil almaq arzusundan vaz keçəcək. Halbuki təhsil onların haqqıdır. İnkişaf edən ölkədə ali təhsil pulludan pulsuza keçməli idi, əksinə yox. Hətta ödənişli təhsildə belə təqaüd proqramları olmalıdır ki, təhsil xərcini ödəyə bilməyənlər geri göndərilməsinlər. Axı itirən ölkə və onun savadlı gələcəyidir.

Ağdamdan olan bu istedadlı qızın adını məlum səbəblərdən yaza bilmirəm. Amma imkanlı dostlardan kömək etmək istəyən varsa, lütfən inboxuma yazsın”.