Oğuz-Qəbələ-Bakı su kəməri 6 ildir istifadəyə verilsə də, mülkiyyətçilərə dəyən zərər indiyədək ödənilməyib.
Bu barədə saytımıza Neftçilərin Hüquqlarını Müdafiə təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, 6 il öncə Bakı-Oğuz-Qəbələ su kəmərinin təntənəli açılışı oldu. Amma onun keçdiyi ərazidə hələ də onlarla mülkiyyətçilərə bir qəpik pul və ya torpaq ayrılmayıb. Onlara kompensassiya verilməyib. “Insanlara belə münasibət göstərilməsi böyük qanun pozuntusudur.Uzun müddətdir ki, insanlar böyük gəlir və torpaqlarından məhrum olublar.Su kəmərinin çəkilişi zamanı torpaq mülkiyyətçiləri ilə müqavilə bağlanmayıb, alqı-satqı əməliyyatı aparılmayıb. Hacı və Xalidə Qocayevlər, Bayram Vəzirov, Aslan Soltanov mülkiyyət hüquqları pozulmuş Qəbələ rayon sakinləridir.Sakinlər Yasamal rayon məhkəməsinə Azərsuya qarşı, onlara dəyən zərərin ödənilməməsi iddiası ilə müraciət etmişlər. Rayon məhkəməsi isə 4 ildir bu mülki işə baxsa da, yekun qərar verməkdə acizdir.Bu barədə Yasamal Rayon məhkəməsinin sədri Ələddin Cəfərova, işə baxan Hakimə, dövlət orqanları və vəzifəli şəxslərə şifahi və yazılı müraciətlər etsək də heç bir nəticə vermədi.Bu halda sual olunur: Bugünki hansı hüquqşünasın praktikasında belə fakt müşahidə olunub? Belə ki, təşkilatımız tərəfindən hüquqlarını müdafiə etdiyimiz Oğuz-Qəbələ-Bakı su kəmərinin “təsirinə” məruz qalmış torpaq mülkiyyətçisi Qəbələ rayon sakini Əli Soltanovun Azərsuya qarşı ona dəyən zərərlə əlaqədar kompensasiyanın ödənilməsi ilə bağlı Yasamal rayon məhkəməsində (sədr Ələddin Cəfərov) məhkəmə işinə 2016-cı ilin may ayının əvvəlində yekun vurulub. Həmin tarixdən də hakim qərar vermək üçün müşavirəyə gedib. Lakin cənab sədrə kim, yaxud hansı qurum tərəfindən necə hədə-qorxu gəlinibsə, 6 ay əvvəl müşavirəyə gedən hakim müşavirə otağından hələ də çıxa bilmir. Hakimin 6 aydır ki, müşavirə otağından çıxıb qərar elan edə bilməməsinin səbəbini nə hakim,nə də Yasamal rayon məhkəməsinin sədri cənab Ələddin Cəfərov izah edə bilir.”