Azərbaycanda yol-hərəkəti qaydalarını pozan məmurların cəzalandırılması müşkül məsələyə çevrilib. Buna səbəb isə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşlarının həmin məmurların, onların övladlarının sükanı arxasında olduqları avtomobilləri dayandıra bilməməsi, yaxud da dayandırarkən cəzalandırmamasıdı. Bununla belə magistral yollarda və şəhərdaxili küçələrdəki müşahidə kameraları hər kəsin törətdiyi xətanı qeydə alır. Yazılan protokollar avtomobil sahibinin qeydiyyatda olduğu ünvana göndərilsə də lakin onlar cərimə ödəməkdən boyun qaçırır. BDYPİ-nin adının çəkilməsini istəməyən əməkdaşlarından birinin verdiyi xəbərə görə, yol hərəkəti qaydasını pozan məmurlardan biri də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdir. Bu şəxsin nə az, nə də çox, düz, 57 radarı var. Ancaq cərimələri ödəməkdən imtina edir. İcra başçısınıa məxsus 20 AA100 dövlət nömrə nişanlı “Lexus”u Gəncənin bir çox prospektlərində, həmçinin, Gəncə-Bakı magistralında 57 dəfə radara düşüb. Bu təkcə icra başçısına məxsus avtomobilin cari ildə törətdiyi inzibati xətadır. (Gununsesi.info)
Related Posts
“Mənə qarşı edilən ölüm təhdidinin arxasında rejimin dayanmasına şübhə qalmadı”.
- admin
- 31/10/2016
- 0
AXCP sədrinin müavini Gözəl Bayramlının ölümlə hədələnməsilə bağlı müvafiq qurumlar hələ də tədbir görülməyib. Bu […]
Dünya niyə Əliyevi hədəf seçib?
- admin
- 30/05/2016
- 0
Hakimiyyət avtoritarlar sırasına düşməkdən narahatdırsa… “Bizə gəldikdə, bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, […]
Azərbaycanda dərsliklə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb.
- admin
- 07/10/2017
- 0
Xəbərnamə.info Lent.az-a istinadən məlumatına görə, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu […]