Son sutka ərzində Azərbaycanda 511 koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib, 1178 nəfər müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, Nazirlər Kabineti yanında Operativ Qərargah dekabrın 26-da bildirib.
Bu gün Azərbaycanda koronavirusa yoluxanların sayı 614 630 nəfərdir, onlardan 595 098 nəfər sağalıb, 8 297 nəfər vəfat edib.
Bu günə aktiv xəstələrin sayı 11235 nəfərdir.
Son 24 saat ərzində ölkədə 9328 test aparılıb.