Ötən həftə sonu, sentyabrın 24-də yüngül atletikada qaçış idmanının kross növü üzrə Bakı çempionatı keçirilib. Günay atçılıq idman mərkəzində təşkil olunan birincilikdə müxtəlif idman cəmiyyətlərinin idmanşıları iştirak edirdi. 10 km-lik məsafədə yarışan idmançılardan birinci yeri 38 dəqiqə 33 saniyəlik nəticə ilə Abışov Elman tutub. İkinci yerə isə eyni göstəricilərlə (38 dəqiqə 33 saniyə) Tural Sadıxlı yiyələnib. Üçüncü yerin sahibi, 10 il aradan sonra yenidən idmana qayıdan, bir vaxtlar da peşəkar futbolçu olan Oruc Balakişiyev olub. Finişə 38 dəqiqə 46 saniyyə ilə çatan 43 yaşlı veteran idmançı oktyabrda Nabranda təşkil olunacaq Azərbaycan birinciliyinə vəsiqə əldə edən 3-cü atlet olub.
Elnur ORUCLU