Martın 3-də Nəsimi rayon məhkəməsində hazırda həbsdə olan AXCP üzvləri – partiyanın Ali Məclis üzvü Elçin İsmayıllı, sədrin köməkçisi, Azadlıq Qəzetinin yayım direktoru Faiq Əmirli və partiyanın Gənclər Komitəsinin fəalı Fuad Əhmədlinin həbs müddətinin uzadılması məsələsinə baxılıb. Məhkəmənin qərarı ilə hər 3 AXCP üzvü barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 3 ay artırılıb.
Onların vəkilləri məhkəmənin bu qərarını ədalətsiz sayır və qərardan şikayət verəcəklərini bildirir.