Qadir İbrahimli: ”Hökumət gömrük rusumlarını artırmaqla büdcəni doldurmaq istəyir”Meydan TV-yə deyib ki, gömrük rüsumu 75 faiz qalxırsa, artım qiymətinin üstünə əlavə olunacaq və bunun “bəhrəsini” istehlakçılar görəcək.Qadir İbrahimli aparılan iqtisadi siyasətin yeni olmadığını hesab edir:“2015-ci ildə olan iki devalvasiya qərarından sonra hökumətin yeritdiyi siyasətin mahiyyəti əhali və iş adamlarını vergi yükü ilə yükləməkdir. Burada məqsəd büdcəni doldurmaqdır. Ancaq Burada məqsəd büdcəni doldurmaqdır. Ancaq bu kurs ona görə yanlışdır ki, böhran dövrlərində vergi yükü azaldılır ki, yeni iş yerlərinin yaranmasını stimullaşsın və iş adamları da aranmasını stimullaşsın və iş adamları da yatırım qoymaqda maraqlı olsun. Çox təəssüf ki, hökumət əks kurs götürərək gömrük rusumları artırmaqla büdcəni doldurmaq istəyir”Q.İbrahimli düşünür ki, hökumət izahat verib, deyə bilər ki, avtomobillərin, yaxud güllərin alışını edən istehlakçılar sadə, kasıb təbəqə yox, orta təbəqədir, onlardan vergi tutulması sosial mühitə təsir etməyəcək. “Bu, yanlış yanaşmadır. Əvvəla, yalnız varlılar deyil, kasıblar da xırda yük, biznes məqsədi ilə avtomobildən istifadə edir, yəni minik avtomobilləri şəxsi istifadə yox, biznesin bir növü üçün istifadə olunur. Deməli, yeni qaydalar əhalinin alıcılılğına və biznes mühitinə də təsir göstərərək sosial mühitə mənfi təsir edəcək”.
Related Posts

Türkiyənin yeni baş naziri Bakıya gəlir
- admin
- 27/05/2016
- 0
Türkiyənin yeni baş naziri Binəli Yıldırım Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə Türkiyənin Nazirlər Kabinetindən […]

Mərkəzi Bank uçot dərəcəsini 0,25% yüksəldib
- admin
- 18/09/2021
- 0
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti cümə günü uçot dərəcəsinin 6,25%-dən 6,5%-ə yüksəldilməsi barədə qərar qəbul […]

“Avropa Ukrayna qarşısındakı vədlərinə əməl etmədi”
- admin
- 31/07/2016
- 0
Avropa Ukrayna qarşısındakı vədlərinə əməl etmədi və bunun nəticəsidir ki, öz vicdanının cəzasını çəkməkdədir. Bu […]