2016-cı ildə 327 intihar və 470 intiharacəhd qeydə alınıb

2016-cı ildə Azərbaycanda qeydə alınan intiharların sayı açıqlanıb.images (12)

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji Yardım Şöbəsinin müdiri Kəmalə Talıbova APA-ya ötən il Azərbaycanda 327 intihar hadisəsinin qeydə alındığını deyib. Bildirib ki, intiharlarla yanaşı, tamamlanmamış suisidlər (intihara cəhd) də olub. Onların sayı isə 470-dir.

Kəmalə Talıbova Azərbaycanda intiharların sayının kritik vəziyyətdən aşağı olduğunu söyləyir:

“Bu gün dünyada orta intihar faktlarının sayı hər 100 min nəfərə 7 nəfərdir. Azərbaycanda isə hər 100 min nəfərdən 5 nəfərdə bu hal qeydə alınır. 2015-ci illə müqayisədə ötən il intiharların sayında azalma müşahidə edilib. 2015-ci ildə 515 intihar faktı olmuşdusa, 2016-cı ildə bu rəqəm 327 olub”.

Daxili İşlər Nazirliyindən isə bildirmişdilər ki, ötən ilin təkcə 9 ayında ölkədə özünü öldürmə həddinə çatdırmaqla bağlı 500 cinayət işi açılıb.