2015-ci ilin altı ayı ərzində 100 Azərbaycanlı Ukrayna vətəndaşı oldu

2731dab603“Xəbərnamə.info” oxu.az-a istinadən xəbər verir ki, “UNN” xəbər saytının sorğusuna cavab olaraq Ukraynanın Dövlət Miqrasiya Xidməti gərəkli statistika ilə əlaqəli məlumat verib.

Qurumdan deyilib ki, “2015-ci ilin altı ayı ərzində sadələşdirilmiş qaydada 1921 şəxs Ukrayna vətəndaşlığı alıb”.

Bununla yanaşı, Dövlət Xidməti bildirib ki, həmin şəxslərin 975 nəfəri Rusiya Federasiyası, 199 nəfəri Moldova, 101 nəfəri Ermənistan, 100 nəfəri isə Azərbaycandandır.

Xəbərnamə.info