20-yə yaxın yol polisi əməkdaşının təqibindən sonra saxlanilan Nicat Abdullayev hansı məmurun oğludu?

20-yə yaxın yol polisi əməkdaşının təqibindən sonra süni tıxac yaradılaraq saxlanılan “KIA”nın sürücüsü ,Azərbaycan Dillər Universitetinin 3-cü kürs tələbəsi olan Nicat Abdullayev həm də ailənin tək övladıdır. Avtos-memur-oglu            O, bir ay əvvəl də həbsdə olub. Bu dəfə isə qonşularla dava etdiyi üçün məhkəmə qarşısına çıxarılıb və 1 ay inzibati həbs cəzasına məhkum edilib. Məhkəmə qərarında qeyd olunur ki, valideynləri evin tək övladı olan Nicatı ərköyün böyüdüblər. O, evdə tez-tez dava salır, valideynlərindən külli miqdarda pul tələb edir, ala bilmədikdə isə özünə xəsarət yetirəcəyini deyib evdən qaçırmış. Demək olar ki, hər ay Nicatın hərəkətləri ilə bağlı qonşulardan polisə daxiil olur.                                                                                                                                                Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Nicat Abdullayevin atası məmurdur. O,Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisidir. Bundan əlavə, onun turizm biznesi ilə də məşğul olduğu bildirilir. Məlumata görə, Nurpaşa Abdullayev məmur olmaqla yanaşı, Bakının 3-cü mikrorayon bazarının əsas sahiblərindən biridir. Dünən oğlunun cəza çəkdiyi məntəqəyə gedən Nurpaşa Abdullayev oğluna su göndərmək istəyib. Lakin polislər bildirib ki, içəri hər hansı qida qəbul olunmur, çünki orada saxlanılanlar hər şeylə təmin olunublar.

Polislərin bu sözlərindən qəzəblənən Nurpaşa Abdullayev polislərə təzyiq göstərməyə çalışıb və onlara bildirib ki, kiməsə tapşırtdırıb onlara hər gün su daşıtdıracaq…