168 ailə 6-7 ilə yaxındır məhkəmələrə ayaq döyür.VİDEO

Xətai rayonu İlham Məmmədov küçəsində yaşayan 168 ailə 6-7 ilə yaxındır məhkəmələrə ayaq döyür. Hərəsinin əlində bir qucaq məhkəmə sənədi, şikayət məktubları var. Onlar evlərindən çıxmaq üçün ya ayrıca ev, ya da hər kvadrat metrə 1500 manatdan kompensasiya istəyirlər. Amma ərazilərin ona məxsus olduğu bildirən “Azərneftyağ” Neft Emalı Zavodu evlərin qanunsuz tikildiyini deyir. Zavod sakinlərə hər hansısa kompensasiya vermək istəmir.1428574890_img_9593

Sakinlər bildirir ki, 20 ildən çoxdur bu ərazidə yaşayırlar. Heç vaxt da qapılarını döyüb ərazidə qanunsuz yaşadıqlarını deməyiblər. Evlərinə qaz, su, işıq xətləri çəkilib, sayğac da qoyulub.
Vəkil Fariz Namazlı bildirir ki, sakinlər illərlə bu ərazidə yaşayıb, kommunal xidmətlərdən istifadə ediblərsə, onların mülkiyyət hüququ tanınmalıdır.

“Azərneftyağ” Neft Emalı Zavodu Dövlət Neft Şirkətinə daxil olan hüquqi şəxs statuslu müəssisədir. Dövlət Neft Şirkətinin mətbuat katibi Nizaməddin Quliyev bildirir ki, sakinlərin evlərindən çıxarılması ilə bağlı məhkəmə qərarı olsa da, bu, hələ onların evlərindən çıxarılacağı anlamına gəlmir.

Sakinlər isə Dövlət Neft Şirkətinin sözlərinə arxayın deyillər. Onlar məhkəmə qərarının bir gün icra olunacağını və nəticədə evsiz qalacaqlarını düşünürlər.