14 təşkilat Xədicə İsmayılla bağlı Avropa Məhkəməsinə müraciət edib

PEN International və Privacy International başda olmaqla 14 beynəlxalq söz və ifadə azadlığı təşkilatı Azərbaycanda həbsdə olan jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovanın işinə baxılması ərəfəsində Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.загружено (43)

“Azərbaycan hakimiyyətinin Xədicə İsmayılova ilə çox pis davranışı son illər bu ölkədə söz və mətbuat azadlığının daim pozulmasından xəbər verir” – Beynəlxalq PEN-klubun prezidenti Cennifer Klementbildirib.

“Bu, yalnız bir ədalətsizliyin aradan qaldırılması yox, həm də ümumilikdə KİV-ə böyük dəstək məqsədilə AİHM üçün mühüm fürsətdir”, – o qeyd edib.