İsrailin “mədəniyyəti”-İsrailli nazirdən insanlığa zidd açıqlamalar

tamimiQərbi Şəriyənin Ramallah şəhərindəki Nəbi Saleh bölgəsində cümə günü İsrail əsgərinin əsir götürmək istədiyi uşağın görüntüləri danışılmağa söz söhbətlərə səbəb olarkən, İsrail Mədəniyyət naziri Regev müzakirələrə səbəb olan bir açıqlama etdi.

İsrail Müdafiə Qüvvələrinin (IDF) köhnə spikeri olan Mədəniyyət naziri Miri Regev, İsrailli bir əsgərin qolu alçıda olan 12 yaşındakı Məhəmməd Tamimini nəzarətə almağa çalışdığı, Tamiminin ailəsinin də əsgərə əngəl omağa çalışdığı görüntülər qarşısında şok olduğunu söylədi.
“Sputniknews”ın xəbərinə görə Twitterdən etdiyi açıqlamada ailəyə atəş açılması lazım olduğunu ifadə edən Regev, əsgərlərin əli qolu bağlı göndərilməməsini istədi. “Hücuma məruz qalan əsgərin atəş etməsinə icazə verməliyik. Təhlükəsizlik Nazirliyinə bu alçaldıcı halları ləğv etməsi və atəş etmə aktlarının dərhal dəyişdirilməsi lazımdır” ifadələri çıxışında yer alıb.

tamimi 2

İsrail əsgərlərinin cümə günü Qərbi Şəriyənin Ramallah şəhərindəki Nəbi Saleh bölgəsində 12 yaşındakı Məhəmməd Tamimi adlı Fələstinli uşağı nəzarətə almağa çalışarkən kameralar qarşısında silahsız qadın və uşaqlara qarşı tətbiq etdiyi şiddət, etirazlara yol açmışdı.

İsrailli, alçılı qoluna baxmayaraq Tamimini qayaların arasında sıxışdırmışdı. Tamimi, anası və 2012-ci ildə “İsrail əsgərinə göz dağı verən Fələstinli qız” olaraq dünya gündəminə gələn bacısı Ahədin göstərdiyi səy nəticəsində əsir düşməkdən xilas olmuşdu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2012-ci ildə Ahəd və anası ilə Türkiyədə bir araya gəlmişdi.

Digər tərəfdən yerli və xarici fəallardan ibarət onlarla adam, Tamimi ailəsinin evinin yaxınlığında çadır quraraq ailəyə dəstək verdi. İsrail əsgərinin hərəkətinə Fələstindən də irad gəldi.

Tamimi ailəsi, 2009-dan bu yana “ayrı-seçkilik divarına” etiraz üçün təşkil edilən həftəlik atirazlara qatılır.

 

https://youtu.be/PH-lRw3QXrA

 

 

Mətləb BALAKİŞİYEV