Banqladeşdə 13 yaşındakı bir uşaq velosiped oğurladığı səbəbi ilə, yaşlılardan ibarət bir kütlə tərəfindən dirəyə bağlanaraq linç edildi.
O dəhşətli anları və uşağın özünü öldürməyəcəkləri üçün kütləyə yalvardığı dramatik anlar saniyə-saniyə kameraların yaddaşına köçürüldü.
“Dhaka Tribune”ün xəbərinə görə, ölkənin şimalındakı Sylhet şəhərində velosiped oğurladığı iddia edilən Samiul Alam Rajon adlı 13 yaşındakı uşaq bir qrup insan tərəfindən tutlduqdan sonra bir dirəyə bağlanaraq, çubuqlarla döyüldü.
Velosipedi oğurladığını etiraf etdirmək üçün uzun müddət işgəncə edən kütlə, bir ara uşağı dirəkdən açaraq yeriməsini istəyiblər.
Video görüntülərdə də göründüyü kimi 13 yaşlı Samiulun yeridiyini görən həmin şəxslər, “Sümükləri qırılmamış, daha vurun” deyə qışqırdığı eşidilərkən, eyni zamanda uşağın da, ” Vurmayın, öləcəyəm” deyə yalvardığı görünür.
Linç edilərək öldürülən uşağın, tibbi ekspertizaya görə tam 64 sümüyünün qırıldığı ortaya çıxdı. Cinayətə qarışan 13 adam həps edildi. Uşaq hüquqları təşkilatları hadisənin ortaya çıxması ilə ölkə səviyyəsində aksiyalar təşkil edilərkən, hökumət bir açıqlama edərək xalqı sükunətə çağırdı.
https://youtu.be/5jcYby0eSDw
Mətləb BALAKİŞİYEV