13 saylı Cəzaçəkmə Müəssisəsində 3 gündür su yoxdur. Suyun verilməməsi baraklarda antisanitariya vəziyyəti yaradıb.
Bu barədə Meydan TV-yə məhbus İlkin Rüstəmzadənin anası Atlas Hüseynova məlumat verib.
Atlas Hüseynova deyir ki, müəssisə rəhbərliyi suyun verilməməsini “Azərsu” ASC-yə olan borcları ilə əlaqələndirib.
Penitensiar Xidmətdən məsələni araşdıracaqlarını bildiriblər.
İş vaxtı bitdiyindən “Azərsu” ASC-dən münasibət öyrənmək mümkün olmayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə şəxsi nömrəsinə cavab verməyib.