Qalatasaray daha əvvəl futbol komandalarına sponsorluq etməyən “Coca Cola” ilə prestij razılaşması əldə etdi.
Formasının kürəyinə “Garente” reklamı üçün illik 1.5 milyon avro alacaq sarı-qırmızılı klubun idarəçisi Fırat İşbecerin həyata keçirdiyi danışıqlarda “Coca Cola”dan iki illik müqavilə qarşılığında 1 milyon avro alması gözlənilir. Qalatasaray konqresi üzvü olan “Coca Cola”nın CEO-sı Muxtar Kent də müqavilədə rol oynadı.
Elnur ORUCLU