Barselona” klubunun və Türkiyə millisinin ulduz futbolçusu Arda Turan Azərbaycanın Dağlıq Qarabağ üçün başladığı kampaniyaya dəstək verilməsini istəyib.
Day.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə o, “Twitter” hesabında yazıb: “Türkiyə qardaşı üçün çalışır. Bir imza ilə Azərbaycana dəstək olmağa davam edirik”.
Bunun müqabilində futbolçunun Azərbaycandakı fanatları oyunçuya təşəkkür mesajları göndəriblər.