​PHARRELL WILLIAMS-IN BİR NEÇƏ SÖZÜ

Pharrell Williams

Pharrell Williams

PHARRELL WILLIAMS-IN BİR NEÇƏ SÖZÜ

Eurasianet.org saytında Giorgi Lomsadze müğənni Pharrell Williams-ın Bakıdakı çıxışında azadlıq çağırışları etməsindən yazır.

Müğənni izləyiciləri gənclərə görə «səs-küy qaldırmağa» çağırıb, bu uşaqların gələcəkdə təkcə Azərbaycanda deyil, bütün dünyada dəyişiklik edəcəyini deyib.

«Fəallar deyirlər ki, Bakıda çıxış edən müğənnilərin insan haqlarına toxunmasından ötrü çox mübarizə aparıblar. Beynəlxalq insan haqları təşkilatlarının birləşdiyi «Hüquqlar uğrunda İdman» koalisiyası bildirir ki, «Formula-1» çərçivəsində Bakıya səfər edən müğənnilər bu repressiv postsovet respublikasını dəyişikliyə səsləmək çağırışlarını rədd edib. Koalisiyanın koordinatoru Rebecca Vincent deyir ki, ümumiyyətlə, məşhurları Azərbaycanda insan haqları məsələsinə cəlb etmək tarixən çətin iş sayılıb», – məqalədə oxuyuruq.

«Chris Brown və Enrique Iglesias çağırışlarımızı tamamilə gözardı etdilər. Onların menecerlərindən heç bir cavab almadıq. Çıxışlarında da ölkədəki durum barədə kəlmə də kəsmədilər. Bu, əsl utanc yeridir, çünki onlar Azərbaycan rejiminin təbliğat maşınının bir hissəsinə çevrildilər», – xanım Vincent sayta deyib.

F1 menecerləri də bu məsələdə dinə-imana gəlməyib. Bircə Williams danışıb. Müəllif yazır ki, bəziləri müğənninin heç də xüsusi, sərt mesaj çatdırmadığını düşünür, yəni elə həmişə dediyini deyib. Ancaq insan haqları fəalları bu jesti dəyərləndiriblər.