Əsir və girovlarımızın sayı açıqlandı – Dəhşətli statistika Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 6 mindən çox Azərbaycan vətəndaşının itkin düşdüyü, əsir və girov götürüldüyü müəyyən olunub Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” adlı konfransda çıxışı zamanı deyib. E.Səmədov bildirib ki, 1435 nəfər Azərbaycan vətəndaşını əsir və girovluqdan azad etmək mümkün olsa da, hazırda Dövlət Komissiyasında 3801 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Bunlardan 61 nəfəri itkin düşərkən uşaq olub. E.Səmədov əlavə edib ki, Ermənistan tərəfindən əsir və girov götürülən Azərbaycan vətəndaşları alver predmetinə çevrilib:“69 nəfər Azərbaycan vətəndaşı böyük miqdarda pul ödənilməklə əsir və girovluqdan azad edilib. Eyni zamanda, 107 nəfər əsirlikdə olarkən məxfi əməkdaşlığa cəlb olunub”.
Related Posts
D.Mijatoviç Azərbaycandakı jurnalistlərə təzyiqlərdən danışdı
- admin
- 06/07/2016
- 0
ATƏT-in media azadlığı ofisinin rəhbəri hökumətləri jurnalistlərə qarşı pozuntu hallarını araşdırmağa çağırıb “Biz jurnalist Xədicə […]
Ağ Evin qarşısında piket keçirilib
- admin
- 01/04/2016
- 0
Martın 31-də Vaşinqtonda azərbaycanlı və amerikalılardan ibarət bu qrup fəal Ağ Evin qarşısında piket keçirib. “Amerikanın […]