Əsgər 3 hərbiçini güllələdi və sonra intihar etdi

resize_newRusiyada hərbi hissədə silahlı insident baş verib.

“Xebername.info” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Kostroma vilayətindəki hərbi hissənin qarovul məntəqəsində qeydə alınıb.

Belə ki, əsgərin avtomatdan hərbi qulluqçulara açdığı atəş nəticəsində bir zabit və iki əsgər ölüb, ikisi isə yaralanıb. Daha sonra atəş açan əsgər intihar edib.

Yaralılar dərhal hərbi hospitala yerləşdirilib. İlkin ehtimala görə, silahlı insident şəxsi münasibətlər zəminində baş verib.

xebername.info