Azərbaycanda ordu sıralarında ciddi problemlər qalmaqdadır. Hələ bir müddət əvvəl heç kim tərəfindən təkzib edilməyən onlarla bəlkə də yüzlərlə faktdan biri məhz “Yeni Müsavat” qəzetində yer almışdı. Qəzet yazırdı: “Orduda əsgərlərə qarşı qeyri-nizamnamə davranışları faktları qalmaqda davam edir. Belə ki, Ağsu rayon sakini Sahibkar Fərhadov oğlu Mirpaşa Fərhadovun Bərdədə xidmət etdiyi hərbi hissədə 4 ay öncə belə davranış nəticəsində ciddi xəsarət aldığını söyləyib. Onun sözlərinə görə, əsgər Orxan İsmayılov oglunun aşağı ətraflarına zərbələr endirib və nəticədə xayalığı şişib. Bundan sonra kapitan Samir Verdiyev M.Fərhadova hədə-qorxu gələrək, cinayət barədə danışmamasını tapşırıb və bu faktla bağlı Hərbi Prokurorluğa informasiya verilməyib. “Cinayəti gizlədərək, oğlumu bir ay hərbi hissədə xəlvəti müalicə etməyə çalışıblar, nəticə alınmadığı və səhhəti ağırlaşdığı üçün sentyabrın 30-da Bakıya mərkəzi hospitala gətiriblər, cərrahiyyə əməliyyatı nəticəsində daxili orqanlarından xeyli çirk xaric edilib”, – deyə S.Fərhadov oğlunun durumu haqda məlumat verib və indi səhhətinin yaxşılaşmaqda olduğunu vurğulayıb. Onun sözlərinə görə, hələ indiyə kimi Hərbi Prokurorluq faktla maraqlanmayıb.
Hərbi mənbələrdən daxil olan məlumatlara görə, əsgərlərə qarşı bu tipli zorakılıq halları əsasən korrupsiya ilə bağlıdır. Belə ki, bəzi zabitlər əsgərlərə hədə-qorxu gələrək, təhqir edərək, bəzi hallarda hətta döyərək və işgəncə verərək onlardan və ailələrindən pul tələb edirlər. Bunu bəzi keçmiş hərbçilər də birmənalı şəkildə təsdiq edir. Hətta bir müddət öncə Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, hərbi prokurorluq orqanları yalnız 2014-cü ildə orduda korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 105 şəxs barəsində 58 cinayət işinin istintaqını tamamlayıb və təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib. Lakin əsas əsas mənzərə neçədir. İşgəncələrə qarşı komitənin sədr müavini Elçin Şirinov da orduda korrupsiyanın olduğunu və pul tələbi ilə bəzi zabitlərin əsgərləri incitdiyini bildirir: “Mətbuat yazıb və hamımızın xəbəri var ki, əsgərlərin şərəf və ləyaqətini alçatmaqda, hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Xaçmaz rayon sakini 1993-cü il təvəllüdlü Məhəmməd Lətifovun cinayət işi üzrə məhkəmə prosesi elə bir neçə gün öncə başa çatıb. O tabeliyində olan əsgərləri döyməklə onlardan pul tələb edib hətta almağa da nail olub. Bundna başqa bir müddət öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgərləri Emin Alıyevi, Sənan Behbudovu və Nicat Abidovu digər əsgərlərə hədə qorxu gələrək pul almaqlarına görə mühakimə edib. Məhkəmə Nicat Abidovu 6 il, Emin Alıyevi 4 il 6 ay, Sənan Bədəlovu isə 1 il müddətinə azadlıqdan məhrum edib.Bu tipli fktlar onlarladır”.
Daxili qoşunların küçmiş zabiti hazırda Avroapda mühacirət həyata yaşamağa məcbur olan Elçin Qənbərov da maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, nəinki orduda hətta daxili qoşun birliklərində də ciddi korrupsiya problemi var. “Hətta yüksək vəzifəli zabitlərin bəzisi bu işə cəlb edilib. Belə ənənəvi fikir var ki, əsgərləri məcbur edəsən ki, pul gətirsin. Bəzi zabitlər və hətta adına “dembl” deyilən uzun müddətli qulluq təcrübəsi olan səgərlər də digər əsgərlərdən pul istəyirlər. Əksər hallarda da əsgərlərin valideyinlərini qorxudub övladları üçünpul alırlar. Məsələn komandirlərin öz əsgərləri hesabına telefonlarına pul yüklətdirmələri adı haldır. Bundan demək olar 60-70 faiz zabit heyəti istifadə edirdi. Bəzən elə zalım zabitlər olur olur ki, tabeliyində olan zabitləri də cinayətə sövq edirlər. Şəxsən mən rast gəlmişəm eləsinə. Deyirlər get əsgəri qorxut, döy, çənəsini sındır amma pul gətir”. Keçmiş hərbçi bildirir ki, bəzən korrupsiya üsulundan daxili qoşunlarda arzu edilmyən zabitləsin cəzalandırılması üçün də istifdə edirdilər: “Məcbur edirdilər ki, get əsgəri döy pul gətir. Sən pul gətirməsən onda təhqir edirdilər, şərəfini alçaldırdılar. Pul gətirmək üçün əgər əsgərə hədə qorxu gəlsən də onda səni hərbi məhkəməyə verirdilər. Yanı bu məsələ orduda ciddi bir pboblemdi. Zabit olsan da bəzən can qurtara bilmirsən bu məsələdən”.
Müsahibimiz deyir ki, zabiti cəzalandırmaq ancaq bu vasitə elə edilmir: “Məni kimi arzuedilməz zabiti cəzalandırmaq üçün bir çox vasitə var. Məsələn, poliqona gedən maşınalardan benzinləri gizli olaraq satdrırdılar, sonra belə etiraz edən zabitlərin boynuna qoyurlar ki, satmısan. Çünki poliqonda olarkən o maşınlara zabitlər şəxsən cavabdeh olur. Bu da bir cəlandırma və susdurma metodudur”.