Suriyada Əsəd rejiminə qarşı vuruşan azərbaycanlı öldürülüb. Bu barədə Türkiyə və Suriyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Furkan Azəri məlumat verib.
Onun sözlərinə görə, Əbu Əli (Elşən) Azəri və Həmza 3 il öncə Rüstəm Əsgərov ilə birlikdə Suriyaya gələrək müxalifətə qoşulub. Onlar Suriyada ailə həyatı qurublar. Əsəd ordusu Hələb və Halidiyə bölgəsində əməliyyat keçiriblər. Snayper öncə Həmzəni, daha sonra Əlini vurublar.