Ərdoğandan İngiltərəyə: “3 min il deyirdiniz 3 gün dayana bilmədiniz”

3 min il deyirdiniz, 3 gün dayana bilmədiniz. Biz də Kopenhagen kriteriyalarını Ankara kriteriyaları ilə əvəz edərik. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərənin AB-dən çıxmasına münasibət bildirərkən deyib.

“İngiltərədəki referendum nəticələrini ingilis xalqı üçün xeyirli olmasını arzu edirəm. Referendumun nəticəsinin “hə” olacağına ümid edirdik. Lakin proses başqa yöndə inkişaf etdi. Avropaya “ikili standartlar” tətbiq etməyin dedik. “Hədər yerə bizi məşğul etməyin”- deyə bildirdik. İngiltərə “3000-ci ilə qədər Türkiyə AB-yə üzv ola bilməz deyirdi”. İndi isə baxın. Özü 3 gün belə dayana bilmədi”, – Ərdoğan bildirib.