Türkiyə mətbuatına istinadən , qısa müddətdə Türkiyə ordusu Azad Suriya Ordusu ilə birgə Afrinin mərkəzində nəzarəti tam olaraq ələ keçirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, Afrin şəhər mərkəzi Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu tərəfindən səhər saat təxminən 8:30 radələrində tam nəzarət altına alınıb: “Hazırda Afrində Türkiyə bayrağı dalgalanır, Azad Suriya Ordusunun bayrağı dalgalanır. Afrin əməliyyatını ürəkdən dəstəkləyən millətimə şükranlarımı bildirirəm. Türkiyə bir kərə daha haqlının, məzlumun yanında olduğunu bütün dünyaya göstərdi”.
Ərdoğan PPK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularının şəhərdən qaçdıqlarını bildirib.