Ərdoğan: Yeni çevriliş cəhdi mümkündür, ancaq rahat olmayacaq

 

Rəcəb Teyyub Ərdoğan çevrilişə cəhd zamanı xüsusi xidmət orqanlarında ciddi çatışmamazlıqların olduğunu bildirib

“Yeni bir çevriliş cəhdi mümkündür, ancaq rahat olmayacaq. Bu dəfə daha sayığıq,” Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Reuters agentliyinə bildirib.

Cənab Ərdoğan fövqəladə vəziyyətin ehtiyac olacağı təqdirdə daha üç ay uzadıla biləcəyini açıqlayıb.

Türkiyə prezidenti çevrilişə cəhd zamanı xüsusi xidmət orqanlarında ciddi çatışmazlıqların olduğunu və silahlı qüvvələrin sürətlə yenidən formalaşdırılacağını deyib.

“12 saat ərzində hər şey nəzarət altına alındı. Millətimizin meydanlara çıxması hər şeydən önəmlidir. Çətin olsa da, baş nazirlə əlaqə qura bildim. Vətəndaşlarımı küçələrə dəvət etdim”, o bildirib.

Cənab Ərdoğan deyib ki, “üç ay davam edəcək fövqəladə vəziyyət ərzində gecə-gündüz çalışacağıq. Bu günləri yenidən yaşamaq istəmirik”.