Ərdoğan Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefonla danışıb

Türkiye prezidenti Ərdoğan Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefonla danışıb. Danışıq zamanı Ərdoğan Türkiyənin Krımın işğalını qəbul etmədiyini və Kırım Tatarlarını dəstəkləməyə davam edəcəklərini bildirib. Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatından verilən açıqlamada iki ölkə arasında strateji məsələlərin erdogan-300x193dərinləşdirilməsi, enerji sahəsindəki işbirliyi və gündəlikdəki məsələlərin müzakirə edildiyi qeyd olunub. Ukrayna prezidenti Türkiyədəki terror hadisələrinə görə baş sağlığı verib və 15 iyun qiyam cəhdindən sonra da Türkiyə hökumətinə dəstək olacaqlarını bildirib.