Ərdoğan rus pilota görə üzr istədi?

erdoganTürkiyə prezidenti Recep Tayyip Ərdoğan Rusiya prezidenti Putinə məktub göndərib. Ərdoğan məktubunda Rusiya pilotunun öldürülməsinə görə üzgün olduğunu dilə gətirib və Rusiya ilə münasibətləri bərpa etməyə hazır olduğunu bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məktubda üzrxahliq ifadəsinin olduğunu bildirsə də, Türkiyə mənbələri Ərdoğanın belə bir ifadə işlətmədiyini yazır. Kremlin saytında yerləşdirilmiş məktubun mətnindən bəlli olur ki, rusiyalı pilotun öldürülməsində adı hallanan şəxs barəsində iş qaldırılıb.