Ərdoğan nəvəsi ilə birlikdə səs verdi

“Bu sıradan bir səsvermə, referendum deyil. Bu referendum Türkiyə cümhuriyyətində yeni idarəetmə üsulunu müəyyənləşdirəcək”.1492334733_queqe
Xəbərnamə.info-ın Türkiyənin KİV-nə istinadən verdiyi məlumata görə, bunu bu gün İstanbulda referendumda səs verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
R. T. Ərdoğan deyib ki, yeni idarəetmə sistemi Türkiyənin daha sürətlə inkişaf etməsinə yol açacaq: “İnanıram ki, xalqımız lazımi seçimini edəcək, gələcəyə doğru inamla addımlayacaq. Seçkilərdə aktivliyin yüksək səviyyədə olacağını gözləyirəm”.
Ərdoğan səsini nəvəsi ilə birlikdə qutuya atıb.