Türkiyə prezidenti Tayyib Ərdoğan CNN Türk vasitəsi ilə canlı yayında çıxış edib. Yayın imkanları məhdud olduğundan, telefon vasitəsi ilə danışan Ərdoğan bəyan edib ki, bu, TSK içindən kiçik bir qrupun təşəbbüsüdür, onlar sərt cəzalandırlılacaq. Onlar bunun bədəlini ödəyəcək. Ərdoğan deyib ki, bu xunta paralel yapı adlandırılan qrumun təhriki ilə hərəkətə keçib.
Ərdoğan xalqı meydanlara, hava limanlarına səsləyib. O, deyib ki, özü də Ankaraya hərəkət edir. Ərdoğan deyib ki, qoy bu kiçik xunta xalqın gücünün nə demək olduğunu bilsin.
Lakin Ərdoğan Türk Silahlı Qüvvələrinin komutanı Hülusi Akarın taleyi ilə bağlı bilgili olmadığını söyləyib.
Görüntülərdən məlum olan bu oldu ki, Ərdoğan hazırda gizli durumdadır və fəaliyyətini bəyan edilməyən məkandan həyata keçirir.