Ənvər Seyidov müalicə olunmaq üçün ölkə xaricinə çıxarılıb

Hakim Ənvər Seyidov ölkədən aparıldı?

Bir neçə gün öncə beyninə qan sızması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanası yerləşdirilmiş Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidovla bağlı məlumatlar gizli saxlanılır

Cebhe.info əməkdaşı xəstəxanaya getsə də, xəstəxa əməkdaşları hakimin tibb müəssisəsində olmadığını bildiriblər.

Sualların cavablandırılması üçün xəstəxananın baş həkim müavinləri ilə əlaqələndirsələr də onlar da suallara cavab verməyib. Hakimə yaxınlığı ilə bilinən mənbədən aldığımız məlumatlara görə isə, Ənvər Seyidov müalicə olunmaq üçün ölkə xaricinə çıxarılıb və onun müalicəsi adı çəkilməyən Avropa ölkələrindən birində aparılacaq. Mövzuya qayıdacağıq.