Maltanın baş naziri Joseph MuscatAzərbaycanın hakim ailəsiylə əlaqələrinə dair suala cavabında deyir ki, “bir milyon dolları gizlətmək asan deyil”.
“BBC Newsnight” verilişində jurnalist John Sweeney Maltaya səfər edərək tanınmış bloqqer Daphne Caruana Galizia-nn ötən il öz avtomobilində partladılaraq öldürülməsinin səbəblərini araşdırmağa çalışır.
Jurnalist baş nazir Joseph Muscat-dan Azərbaycanın birinci ailəsiylə münasibətləri barədə soruşur. Muscat deyir ki, Azərbaycan prezident İlham Əliyevlə iki dəfə Bakıda, bir neçə dəfə də Avropa Birliyinin Şərq Tərəfdaşlığı sammitləri çərçivəsində görüşüb. Birinci xanım Mehriban Əliyeva bir dəfə Maltaya səfər edərək onu xanımıyla görüşüb. “Vəssalam. Münasibət bundan ibarətdir, başqa heç nədən”, – o söyləyib.
Amma jurnalist “Daphne isə deyir ki, ortada çox şey var, bir neçə milyon dollar”, – deyə sualına davam edir.
Nazir bu suala gülərək cavab verir, deyir, onun fikrincə, milyon dolları gizlətmək mümkün deyil: “Heç yüz dolları da. Nə bankda, nə başqa bir yerdə, bu mümkün deyil”.