AXCP sədri Əli Kərimli sərəncamı şərh edərkən deyib ki, bu, de-fakto mövcud olan vəziyyəti de-yure rəsmiləşdirməkdir: “Onsuz da bir ailə 24 ildir ölkəni fasiləsiz idarə edir. Ölkənin iqtisadiyyatı, siyasəti bir ailənin nəzarətindədir. Amma indiyə qədər ailə hakimiyyətinin oluğunu etiraf etməyə utanırdılar, daha utanmırlar. Artıq Azərbaycan xalqına və bütün dünyaya mesaj verirlər ki, biz bir ailə olaraq hökuməti idarə edirik, Azərbaycan xalqının bizdən idarəetməyə layiq nümayəndəsi yoxdur. Çəkinmədən 100 il əvvəl cümhuriyyət qurmuş Azərbaycan xalqı üçün yeni monarxiya qurublar. Avropa Şurasının üzvü olan və Avropa Birliyinə yaxın bir ölkədə ailə hakimiyyəti bərqərar ediblər. Bu sərəncam monarxiyanı rəsmiləşdirmək istiqamətində atılan addımdır”.
Əliyev öz hakimiyyətinə ciddi təhlükə gözləyir,həyat yoldaşından başqa heç kimə etibar etmir
