Keçmiş səhiyyə naziri Əli İnsanov haqqındakı hökmdən Ali Məhkəməyə verdiyi şikayətə baxılmamasından narazıdır. Ona görə də Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktubla müraciət edib.
“Əli İnsanov kassasiya şikayəti üzrə məhkəmə baxışının təyin olunmamasından narazıdır. Bu səbəbdən oktyabrın 2-də saxlandığı 11 saylı cəzaçəkməmüəssisəsindən Ali Məhkəmənin sədrinə müraciət edib. Məktubda yazıb ki, süründürməçiliyə yol verilməsin, onun kassasiya şikayəti üzrə məhkəmə baxışı təyin olunsun”, – Əli İnsanovun vəkili Toğrul Babayev bildirib.
Vəkil qeyd edib ki, Əli İnsanovun 7 il azadlıqdan məhrum edilməsi haqda Qaradağ Rayon Məhkəməsində çıxarılmış hökm iyunun 22-də Bakı Apellyasiya Məhkəməsindəqüvvədə saxlanılıb. Həmin qərardan az sonra Ali Məhkəməyə şikayət verilsə də, hələheç iş üzrə məhkəmə baxışı təyin olunmayıb.
Əli İnsanov ittihamların saxta olduğunu, həbsdən çıxmasına imkan verməmək üçün siyasi sifarişlə cəzalandırıldığını bildirir.