“İndi biz müharibəyə hazır olmalıyıq”.
“Əl-Kaida”nın lideri Ayman əl-Zəvahiri ABŞ və Avropada yaşayan müsəlmanları yaşadıqları öılkələrdə terror törətməyə çağırıb.
Xebername.info, İnterfax-a istinadən xəbər verir ki, bu barədə Ayman əz-Zəvahirinin radio müraciətində bildirilir.
“Mən Qərb ölkələrində yaşayan bütün müsəlmanları bu ölkələrə zərər vurmağa çağırıram”, – radio müraciətdə deyilir.
“İndi biz səlibçi Qərb ilə, xüsusən də ABŞ ilə, müharibəyə hazır olmalıyıq”, – “Əl-Kaida” lideri qeyd edib.
Mətləb BALAKİŞİYEV