Əhməd Davudoğlu taksi sürücüləri ilə görüşdü

Türkiyənin bir müddət əvvəl istefa verən baş naziri Əhməd Davudoğlu Bosniya-Hersoqovina səfəri dönüşündə Ankaradakı taksi dayanacaqlarını ziyarət edib.

Xəbərnamə.info “anspress.com”-a istinadən məlumatına görə, sürücülərlə söhbət edən baş nazir paxlava ilə çay içərək onaların problemlərini dinləməklə yanaşı dayanacağa gələn zənglərə də cavab verib.

Səfər çərçivəsində Əhməd Davudoğlu sürücülərlə xatirə şəkli də çəkdirib.