Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdimatı olub. Təqdimatda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev son on ildə Azərbaycanda minimum əməkhaqqının 3,5, orta aylıq əməkhaqqının isə 3,3 dəfə yoxsulluq səviyyəsi 6, işsizlik 5 faiz aşağı enib. 2016-cı ildə ölkədə muzdla çalışanların orta aylıq əmək haqqı 2015-ci illə müqayisədə 6,9 faiz artaraq 498,6 manat olub deyib:
Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu deyir ki, ölkədə iqtisadi fəal əhali 5 milyon 14 min 500 nəfərdir. Bunun 2 milyonu xaricdə çörək qazanmaq məcburiyyətindədir:
“Azərbaycanda özünü işlə təmin etmək şansları yüksəkdirsə, onlar niyə Rusiyada, Türkiyədə, Ukraynada, Qazaxıstanda iş axtarmalıdır?!”
Q.İbadoğlu işsizliyin böyük potensialının sənaye sektorunda olduğunu deyir. Onun sözlərinə görə, son 10 ildə sənaye sektorunda tənəzzül tempi bu səviyyədə olmamışdı:
“Digər məşğulluq potensialının yüksək olan sahələrindən biri tikintidir. Bu sektorda tənəzzül daha dərindir. Tikinti sektorunda iş yerlərinin təminatı ildən-ilə məhdudlaşır. Çünki tikinti-quraşdırma işlərinin həcmi çox aşağı düşüb”.