Əfqanıstanın Vardak şəhərində polis nəzarət nöqtələrinə Talibanın hücumunun ardından, iki tərəf arasında çıxan qarşıdurmalarda 50 adamın həyatını itirdiyi bildirildi.
Vardak Qubernatorluğu nümayəndəsi Ataullah Hogyanay etdiyi açıqlamada, dünən gecə gec saatlarda Taliban xadimlərinin şəhərin Celrez mahalındakı polis nəzarət nöqtələrinə hücum etdiyini, polis və Taliban arasında qarşıdurma çıxdığını və qarşıdurmaların bu gün də davam etdiyini ifadə etdi.
18 saatdan bəri davam edən qarşıdurmalarda 30 xadim, 18 polis və 2 mülki şəxsin öldüyünü ifadə edən Hogyanay, 18 Taliban üzvü ilə iki polisin də yaralandığını açıqladı. Taliban nümayəndəsi Zabiullah Mücahed isə Vardan şəhərinin Celrez mahalında polis nəzarət nöqtələrinə hücum etdiklərini və 20 nöqtəni ələ keçirdiklərini önə sürərək, dünəndən bəri davam edən qarşıdurmalarda 50 polisi öldürdüklərini iddia etdi.
Mətləb BALAKİŞİYEV