NATO cari il yanvarın birindən etibarən Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etmədən Əfqanıstan təhlükəsizlik qüvvələrinə hazırlıq keçmək və yardım etməyi nəzərdə tutan “Qətiyyətli dəstək” kod adı altında yeni hərbi missiya keçirir.
Əfqanıstanın cənubunda bu gün iki NATO hərbçisi Əfqanıstan hərbçiləri geyimində olan insanlar tərəfindən öldürülüb. Bu barədə “France Presse” agentliyi məlumat verib.
Xebername.info-nun TASS-a istinadla verdiyi xəbərə görə, NATO cari il yanvarın birindən etibarən Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etmədən Əfqanıstan təhlükəsizlik qüvvələrinə hazırlıq keçmək və yardım etməyi nəzərdə tutan “Qətiyyətli dəstək” kod adı altında yeni hərbi missiya keçirir. Hazırda respublika ərazisində 13 minə qədər hərbçidən ibarət kontingent var.
Mətləb BALAKİŞİYEV